Tehran ABŞ-ın İran dronunu vurması xəbərinə münasibət bildirib

Tehran ABŞ-ın İran dronunu vurması xəbərinə münasibət bildirib İranın cümə axşamı ona məxsus pilotsuz uçan aparatın vurulmasına dair məlumatı yoxdur.
Region
19 İyul , 2019 02:05
Tehran ABŞ-ın İran dronunu vurması xəbərinə münasibət bildirib
AP

İranın cümə axşamı ona məxsus pilotsuz uçan aparatın vurulmasına dair məlumatı yoxdur.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp Fars körfəzində üzən Amerika gəmisinin İrana məxsus dronu vurduğunu bəyan edib.

"Bizdə uçan aparat itkisi ilə bağlı məlumat yoxdur", - deyə Zərif ABŞ prezidentinin bəyanatını şərh edərkən bildirib.

Son xəbərlər

Orphus sistemi