​Təbrizə getmək istəyən Azərbaycan vətəndaşları üçün viza qaydaları sadələşdirilib

​Təbrizə getmək istəyən Azərbaycan vətəndaşları üçün viza qaydaları sadələşdirilib Əli Nəvadad Şərqi Azərbaycana səfər etmək istəyən Azərbaycan vətəndaşları üçün nəzərdə tutduqları imkanlardan da söz açıb
Region
16 Mart , 2016 20:25
​Təbrizə getmək istəyən Azərbaycan vətəndaşları üçün viza qaydaları sadələşdirilib

Bakı. 16 mart. REPORT.AZ/ "Şərqi Azərbaycan əyalətinə (mərkəzi Təbriz şəhəri - "Report") səfər edən Azərbaycan vətəndaşları üçün sadələşdirilmiş viza qaydaları nəzərdə tutulub".

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu Şərqi Azərbaycan valisinin iqtisadiyyat və inkişaf məsələləri üzrə müavini Əli Nəvadad yerli mediaya müsahibəsində bildirib.

O, müsahibəsində müalicə və turizm məqsədilə Şərqi Azərbaycana səfər etmək istəyən Azərbaycan vətəndaşlarına daha yaxşı xidmətin göstərilməsi üçün nəzərdə tutduqları imkanlardan da söz açıb.

Əli Nəvadad Bakıda "Səhər" kanalının müxbirinə verdiyi müsahibə zamanı müalicə və turizm üzrə Azərbaycan vətəndaşlarına daha yaxşı xidmətlərin göstərilməsi üçün nəzərdə tutulmuş imkanlardan danışıb.

Son xəbərlər

Orphus sistemi