Yuxarı
    Bağlamaq

    ​Təbrizdə ilk metro stansiyası açılıb

    Açılış mərasimində İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyinin Şərqi Azərbaycan üzrə təmsilçisi də iştirak edib

    Bakı. 28 avqust. REPORT.AZ/ Təbrizdə metronun birinci xəttinin açılışı olub.

    "Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

    Hələlik xəttin 7 km-lik hissəsi istifadəyə verilib. Açılış mərasimində İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyinin Şərqi Azərbaycan üzrə təmsilçisi ayətullah Mösün Şəbüstəri, Şərqi Azərbaycanın valisi İsmayıl Cabbarzadə və başqa yerli hökumət nümayəndələri iştirak edib.

    Təbrizdə 4 istiqamətdə 60 daynacağı olan 55 km uzunluğunda metro xəttinin çəkilməsi nəzərdə tutlub.

    Xatırladaq ki, metro İranın paytaxtı Tehranda 2000-ci ildən, Bakıda isə 1967-ci ildən fəaliyyət göstərir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi