Bakı. 15 aprel. REPORT.AZ/ Mərkəzi Təbriz olan Şərqi Azərbaycanın Əcəbşir və Azərşəhr bölgələrində sel nəticəsində 50-dən çox insan itkin düşüb.
“Report” xəbər verir ki, bu haqda İRNA məlumat yayıb.
İnformasiyaya əsasən, Şərqi Azərbaycan əyaləti valisinin abadlaşdırma işləri müavini Məhəmmədsadiq Purmehdi yeni məlumat açıqlayıb: “Bizdə olan məlumata görə, Əcəbşer və Azərşəhr bölgələrində 37 nəfər itkin düşüb. Onladan 15-inin meyiti Əcəbşerdə, 4-ünü meyiti Azərşərhdə, aşkarlanıb”.
O, itkin düşənlərin axtarılması ilə bağlı xilasetmə işlərinin davam etdiyini bildirib.
*** saat 12:50
Bakı. 15 aprel. REPORT.AZ/ Mərkəzi Təbriz olan Şərqi Azərbaycanın Əcəbşir və Azərşəhr bölgələrində sel nəticəsində itkin düşənlərin sayı 18 nəfərə çatıb.
“Report” İran KİV-inə istinadən xəbər verir ki, Şərqi və mərkəzi Urmiya şəhəri olan Qərbi Azərbaycan əyalətləri ilə yanaşı güclü yağışlar nəticəsində Zəncan, Mazəndaran və Kürdüstan əyalətlərində də təsərrüfatlara ziyan dəyib.
*** saat 11:48
Bakı. 15 aprel. REPORT.AZ/ Mərkəzi Təbriz olan Şərqi Azərbaycanın Əcəbşir rayonundakı sel nəticəsində 3 nəfər ölüb, 12 nəfər itkin düşüb.
“Report” xəbər verir ki, bu haqda İRNA məlumat yayıb.
İnformasiyaya əsasən, əyalətin Azərşəhr bölgəsində Gellezar körpüsündə təbii fəlakəti izləyən 5 avtomobilin içərisində olan şəxsləri sel aparıb.
Məlumata görə, Şərqi Azərbaycanın daha 10 bölgəsində sel nəticəsində təsərrüfatlara ziyan dəyib.