Təbriz yaxınlığında sel nəticəsində itkin düşənlərin sayı 50-ni ötüb - YENİLƏNİB-2 - VİDEO

Təbriz yaxınlığında sel nəticəsində itkin düşənlərin sayı 50-ni ötüb - YENİLƏNİB-2 - VİDEO Məhəmmədsadiq Purmehdi itkin düşənlərin axtarılması ilə bağlı xilasetmə işlərinin davam etdiyini bildirib
Region
15 Aprel , 2017 13:51
Təbriz yaxınlığında sel nəticəsində itkin düşənlərin sayı 50-ni ötüb - YENİLƏNİB-2 - VİDEO

Bakı. 15 aprel. REPORT.AZ/ Mərkəzi Təbriz olan Şərqi Azərbaycanın Əcəbşir və Azərşəhr bölgələrində sel nəticəsində 50-dən çox insan itkin düşüb.

“Report” xəbər verir ki, bu haqda İRNA məlumat yayıb.

İnformasiyaya əsasən, Şərqi Azərbaycan əyaləti valisinin abadlaşdırma işləri müavini Məhəmmədsadiq Purmehdi yeni məlumat açıqlayıb: “Bizdə olan məlumata görə, Əcəbşer və Azərşəhr bölgələrində 37 nəfər itkin düşüb. Onladan 15-inin meyiti Əcəbşerdə, 4-ünü meyiti Azərşərhdə, aşkarlanıb”.

O, itkin düşənlərin axtarılması ilə bağlı xilasetmə işlərinin davam etdiyini bildirib.

*** saat 12:50

Bakı. 15 aprel. REPORT.AZ/ Mərkəzi Təbriz olan Şərqi Azərbaycanın Əcəbşir və Azərşəhr bölgələrində sel nəticəsində itkin düşənlərin sayı 18 nəfərə çatıb.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, Şərqi və mərkəzi Urmiya şəhəri olan Qərbi Azərbaycan əyalətləri ilə yanaşı güclü yağışlar nəticəsində Zəncan, Mazəndaran və Kürdüstan əyalətlərində də təsərrüfatlara ziyan dəyib.

*** saat 11:48

Bakı. 15 aprel. REPORT.AZ/ Mərkəzi Təbriz olan Şərqi Azərbaycanın Əcəbşir rayonundakı sel nəticəsində 3 nəfər ölüb, 12 nəfər itkin düşüb.

“Report” xəbər verir ki, bu haqda İRNA məlumat yayıb. 

İnformasiyaya əsasən, əyalətin Azərşəhr bölgəsində Gellezar körpüsündə təbii fəlakəti izləyən 5 avtomobilin içərisində olan şəxsləri sel aparıb.

Məlumata görə, Şərqi Azərbaycanın daha 10 bölgəsində sel nəticəsində təsərrüfatlara ziyan dəyib.

Son xəbərlər

Orphus sistemi