Tblisidə tikinti materialları bazarında baş verən yanğın söndürülüb - YENİLƏNİB

Tblisidə tikinti materialları bazarında baş verən yanğın söndürülüb - YENİLƏNİB Tbilisidə Kavtaradze küçəsindəki tikinti materialları bazarında baş verən yanğın söndürülüb.
Region
14 Yanvar , 2020 00:04
Tblisidə tikinti materialları bazarında baş verən yanğın söndürülüb - YENİLƏNİB

Tbilisidə Kavtaradze küçəsindəki tikinti materialları bazarında baş verən yanğın söndürülüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Agentliyi məlumat yayıb.

Yanğının yaxınlıqda yerləşən yanacaqdoldurma məntəqəsinə yayılması təhlükəsi olub. Yanğınsöndürənlər yanğını vaxtında lokallaşdıraraq onu tam aradan qaldırmağa müvəffəq olublar.

Hadisə yerinə 14 yanğınsöndürən maşını cəlb olunub. Yanğın zamanı xəsarət alan olmayıb. 


23:51***13.01.2020

Gürcüstanın paytaxtı Tbilisidə, Kavtaradze küçəsində yerləşən tikinti materialları bazarında yanğın baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, yanğın bazardakı bir neçə mağazanı əhatə edib.

Hadisə yerinə 10 yanğınsöndürən maşını cəlb olunub.

Yanğın zamanı xəsarət alanların olmadığı bildirilir.

Son xəbərlər

Orphus sistemi