Tbilisinin mərkəzi küçələri etirazçılardan tam təmizlənib

Tbilisinin mərkəzi küçələri etirazçılardan tam təmizlənib Tbilisinin mərkəzi küçələri etirazçılardan tam təmizlənib.
Region
21 İyun , 2019 09:01
Tbilisinin mərkəzi küçələri etirazçılardan tam təmizlənib

Tbilisinin mərkəzi küçələri etirazçılardan tam təmizlənib.

"Report"un yerli bürosu xəbər verir ki, gecə saatlarında polis gözyaşardıcı qaz və su şırnağı maşını ilə etiraz aksiyasını dağıdıb.

Etirazçılar hakim Gürcü Arzu Partiyasının Rustaveli prospektindəki ofisinə daxil olublar. Onlar partiyanın kiçik və böyük bayraqlarını yandırıblar.

Aksiya iştirakçıları səhər saatlarında polis maşınını aşırıb, dəyənəklərlə maşını yararsız hala gətiriblər və polislərə daş atıblar.

Polis bir neçə etirazçını saxlayıb.

Hazırda şəhər mərkəzində vəziyyət sakitdir. Bağlanan bütün yollarda avtomobillərin hərəkəti bərpa olunub.

Müxalif Vahid Milli Hərəkat Partiyasının liderləri aksiyanın bu gün parlament qarşısında bərpa olunacağını bildiriblər.

Son xəbərlər

Orphus sistemi