Bakı. 12 may. REPORT.AZ/ Gürcüstan hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisinin gecə klublarına cəlb olunaraq insanları binalardan təxliyyə ediblər.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "İberiya" teleşirkəti məlumat yayıb.
İlkin məlumatlara görə, 4 nəfər saxlanılıb.
Yerli mətbuat ölkənin Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, gecə klublarında istintaq tədbirləri görülür. Klub ziyarətçiləri güman edirlər ki, istintaqa klublarda narkotik qəbulundan sonra baş verən ölüm hallarının çoxalması səbəb olub.