Tbilisinin böyük əşya bazarında yanğın baş verib

Tbilisinin böyük əşya bazarında yanğın baş verib Şəhər meri Kaxa Kaladze hadisə yerinə gəlib
Region
27 Fevral , 2018 02:12
Tbilisinin böyük əşya bazarında yanğın baş verib

Bakı. 27 fevral. REPORT.AZ/ Tbilisi şəhərinin mərkəzində yerləşən böyük əşya bazarında yanğın baş verib. Əraziyə təqribən 35 yanğınsöndürmə briqadası cəlb olunub.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli "İmedi" teleşirkəti məlumat yayıb.

Hazırda yanğının səbəbləri məlum deyil. Şəhər meri Kaxa Kaladze hadisə yerinə gəlib.

Mağaza sahibləri öz mallarını xilas etməyə çalışırlar. Təcili yardım briqadaları və patrul polisi əməkdaşları hadisə yerinə səfərbər olunub. Bazara bitişik ərazilər çəpərlənib, nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi