Yuxarı

Tbilisinin azərbaycanlı nəqliyyat işçisi fəxri ada layiq görülüb

Tbilisinin azərbaycanlı nəqliyyat işçisi fəxri ada layiq görülüb

Abbas Qurban oğlu Qurbanov işlədiyi Tbilisi Nəqliyyat Şirkəti tərəfindən mükafatlandırılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, nəqliyyat işçisi şirkətin “Fəxri əməkdaşı” adına layiq görülüb.

A.Qurbanov fəxri fərmanla Tbilisi şəhər nəqliyyatının inkişafındakı xidmətlərinə görə təltif olunub.

Azərbaycanlı nəqliyyat işçisi uzun illərdir Tbilisi Nəqliyyat Şirkətinin Kanat Yolu Xidmətinin texniki şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində çalışır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi