Yuxarı

​Tbilisidə zooparkdan qaçan sonuncu heyvan da tapılıb

Pələngin cəsədi hovuzun yaxınlığında aşkar edilib

Bakı. 6 İyul. REPORT.AZ/ Tbilisidə zooparkdan qaçan pələngin cəsədi aşkar edilib. Bu, iyun ayında baş verən güclü daşqınlardan sonra axtarılan sonuncu heyvan olub.

"Report" BBC-yə istinadən xəbər verir ki, pələngin cəsədi bazar günü hovuzun yaxınlığında tapılıb.

Tbilisi Heyvanat Parkının direktoru Zurab Qurielidze bildirib ki, pələng tapılmayan sonuncu heyvan idi və Tbilisi sakinlərinin artıq ehtiyatlanacağı bir şey yoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi