Tbilisidə yük maşını mağazaya çırpılıb, xəsarət alanlar var

Tbilisidə yük maşını mağazaya çırpılıb, xəsarət alanlar var Tbilisinin Quramişvili küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Region
27 May , 2019 17:10
Tbilisidə yük maşını mağazaya çırpılıb, xəsarət alanlar var

Tbilisinin Quramişvili küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, qəza nəticəsində qaldırıcı qurğu daşıyan yük maşını və minik avtomobili toqquşub.

Yük maşını daha sonra mağazaya çırpılıb.

Hadisə zamanı 3 piyada xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır. 

Son xəbərlər

Orphus sistemi