Tbilisidə yaşayış binasında yanğın olub, sakinlər təxliyyə edilib

Tbilisidə yaşayış binasında yanğın olub, sakinlər təxliyyə edilib Hadisə yerinə 6 yanğınsöndürən maşın cəlb olunub
Region
24 Sentyabr , 2018 16:55
Tbilisidə yaşayış binasında yanğın olub, sakinlər təxliyyə edilib
0 : 00
0 : 00

Tbilisi. 24 sentyabr. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisinin Samqori rayonunda yaşayış binasında güclü yanğın baş verib.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, yanğın binanın 5-ci mərtəbəsində 2 otaqlı mənzildə qeydə alınıb.

Fövqəladə halların idarə olunması xidmətindən bildirilib ki, yanğın zamanı 20 kv. metr sahə yanıb. Hadisə yerinə 6 yanğınsöndürən maşın cəlb olunub.

Təhlükəsizlik baxımından binanın sakinləri təxliyyə olunub.

Yanğın artıq lokallaşdırılıb. Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir.

Son xəbərlər

Orphus sistemi