Tbilisidə yaşayış binasında partlayış olub, xəsarət alanlar var - FOTO

Tbilisidə yaşayış binasında partlayış olub, xəsarət alanlar var - FOTO Gürcüstanın paytaxtı Tbilisi şəhərində Quramişvili prospektində yerləşən yaşayış binalarının birində güclü partlayış baş verib.
Region
19 Oktyabr , 2019 09:22
Tbilisidə yaşayış binasında partlayış olub, xəsarət alanlar var - FOTO

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Quramişvili prospektində yerləşən yaşayış binalarının birində güclü partlayış baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, partlayış 16 mərtəbəli binanın dörd mərtəbəsində dağıntılara səbəb olub.

Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan biri Yanıq Mərkəzi, digərləri isə xəstəxanaya çatdırılıb.

Binanın sakinləri təxliyyə olunub. Partlayış nəticəsində binanın həyətində olan bir neçə avtomobilə də ziyan dəyib.

Partlayışa təbii qaz sızmasının səbəb olduğu ehtimal edilir.

Hadisə yerinə polis və xilasedicilər cəlb olunub. 

Son xəbərlər

Orphus sistemi