Yuxarı

​Tbilisidə yaşayış binasında partlayış baş verib, 4 nəfər ölüb

Partlayışa qaz sızması səbəb olub

Bakı. 14 İyul. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisidə çoxmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə şəhər meri David Narmaniyə istinadən "Qruziya Online" məlumat yayıb.

İlkin məlumatlara görə, hadisənin baş verməsinə qaz sızması səbəb olub. Partlayış dalğası qonşuluqdakı bir neçə mənzilin divarını dağıdıb.

Hadisə yerində xilasetmə və fövqəladə hallar xidmətlərinin əməkdaşları işləyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi