Yuxarı

Tbilisidə yaşayış binasına ildırım düşüb

Gürcüstana yağan leysan yağışları bir sıra problemlər yaradıb

Tbilisi. 23 sentyabr. REPORT.AZ/ Sentyabrın 23-də axşam saatlarında Gürcüstana yağan leysan yağışları bir sıra ciddi problemlər yaradıb.

“Report”-un Gürcüstan bürosu xəbər verir ki, paytaxt Tbilisinin Diğomi rayonunda yaşayış binasına ildırım düşüb.

Bu barədə şəhərin meri David Narmaniya məlumat verib. Mer bildirib ki, xoşbəxtlikdən ciddi dağıntı və insan tələfatı olmayıb.

Güclü yağış nəticəsində paytaxt Tbilisinin mərkəzi “Azadlıq” meydanında, Diğomi, Samqori rayonlarında evlərin birinci mərtəbələrinə, Ablavari metrosuna su dolub. Rustaveli prospektində yol bağlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi