Tbilisidə ümumxalq yürüşü keçirilib - FOTO

Tbilisidə ümumxalq yürüşü keçirilib - FOTO Gürcüstanda mayın 17-də qeyd olunan Ailə Müqəddəsliyi Günü ilə əlaqədar paytaxt Tbilisi şəhərində ümumxalq yürüşü keçirilib.
Region
17 May , 2019 19:19
Tbilisidə ümumxalq yürüşü keçirilib - FOTO
Report

Gürcüstanda mayın 17-də qeyd olunan Ailə Müqəddəsliyi Günü ilə əlaqədar paytaxt Tbilisi şəhərində ümumxalq yürüşü keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan Patriarxlığının təşəbbüsü ilə keçirilən yürüş Birinci Respublika Meydanından başlayıb.

Minlərlə insanın qatıldığı dinc aksiyanın keçirilməsində məqsəd cəmiyyətin ənənəvi dəyərlərə dəstəyini nümayiş etdirmək olub.

Yürüş Müqəddəs Üçlük kilsəsinə qədər davam edib. Kilsədə Gürcüstan patriarxı II İlya dini ibadət həyata keçirərək xalq və dövlətə xeyir-dua verib.

Bu gün həm də Beynəlxalq Homofobiya və Transfobiya ilə Mübarizə Günü qeyd olunduğundan cinsi azlıq nümayəndələrinin də nümayiş keçirəcəyi gözlənilirdi. Lakin LGBT cəmiyyəti nümayəndələri aksiya keçirməkdən imtina ediblər.

Qeyd edək ki, 2013-cü ilin mayın 17-də Tbilisinin mərkəzində aksiya zamanı keşişlər və cinsi azlıq nümayəndələri arasında ciddi qarşıdurma baş verəndən sonra Gürcüstan Patriarxlığı 2014-cü ildə həmin günü Ailə müqəddəsliyi günü kimi təsis edib. 

Son xəbərlər

Orphus sistemi