Tbilisidə Sülh Forumu keçiriləcək

Tbilisidə Sülh Forumu keçiriləcək “2020-ci ilin yazında Gürcüstanın paytaxtı Tbilisi şəhərində Sülh Forumu keçiriləcək”.
Region
10 Aprel , 2019 15:57
Tbilisidə Sülh Forumu keçiriləcək
0 : 00
0 : 00

“2020-ci ilin yazında Gürcüstanın paytaxtı Tbilisi şəhərində Sülh Forumu keçiriləcək”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Mamuka Baxtadze Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Gürcüstanın məqsədi ölkələrə bu günə qədər istifadə olunmamış imkanlardan yararlanmağa şərait yaratmaqla bütün bölgədə sülh və sabitliyə töhfə verməkdir.

M.Baxtadze Gürcüstan-Rusiya münaqişəsinə də toxunub. O, Rusiyanı 2008-ci ildə əldə olunmuş atəşkəs haqqında razılıq üzrə öhdəlikləri yerinə yetirməməkdə ittiham edib. Baş nazir münaqişənin sülh yolu ilə həll olunacağına inandığını vurğulayıb. 

İngilis versiyası Tbilisi to host Peace forum

Son xəbərlər

Orphus sistemi