Tbilisidə etiraz aksiyası iyunun 26-da davam etdiriləcək - YENİLƏNİB-2

Tbilisidə etiraz aksiyası iyunun 26-da davam etdiriləcək - YENİLƏNİB-2 Tbilisidə Gürcüstan parlamentinin önündə keçirilən etiraz aksiyasına Rusiya prezidenti Vladimir Putinin şəklinin olduğu baner gətirilib.
Region
26 İyun , 2019 02:30
Tbilisidə etiraz aksiyası iyunun 26-da davam etdiriləcək - YENİLƏNİB-2

Tbilisidə Gürcüstan parlamentinin önündə keçirilən etiraz aksiyasına Rusiya prezidenti Vladimir Putinin şəklinin olduğu baner gətirilib.

“Report”un yerli bürosu xəbər verir ki, böyük ölçüdə olan banerdə V.Putinin eynəyinin bir gözündə Gürcüstan, digər gözündə isə Ukrayna bayrağı təsvir olunub.

Aksiya təşkilatçıları iştirakçıları banerin üzərində gəzməyə çağırıb.

Bu ərəfədə aksiyada insident baş verib. Adı çıxışçılar siyahısında olmayan şəxs çıxış etmək istəyib. Təşkilatçılar həmin şəxsin çıxışına icazə verməyiblər. Polisin müdaxiləsindən sonra insident aradan qalxıb.

Daha sonra etiraz aksiyası başa çatıb. Aksiyanın sonunda Gürcüstanın dövlət himni səsləndirilib. Təşkilatçılar aksiyanın iyunun 26-da saat 19:00-da yenidən keçiriləcəyini elan ediblər.


***22:29

Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvili Tbilisi parlamenti qarşısında hökumət əleyhinə keçirilən etiraz aksiyasına qoşulub.

"Report"un yerli bürosu xəbər verir ki, hazırda o, aksiyaçılar qarşısında çıxış edib.

O, çıxışında xalqın tələblərinin haqlı olduğunu bildirib:

"Mən həmişə olduğu kimi, bu gün də xalqın yanındayam. Hakimiyyət xalqın maraqlarını nəzərə almalı və indiki vəziyyətdə xalqdan dərs götürməlidir. Rus imperiyası və işğalına qarşı necə davranmaq lazım olduğuni hakimiyyət xalqdan öryənməlidir".


***21:38

Gürcüstanın paytaxtı Tbilisidə iyunun 20-21-də keçirilən etiraz aksiyasında saxlanılan 121 nəfər barədə inzibati həbs qərarı verilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb.

Məlumatda bildirilib ki, müxtəlif qanun pozuntularına görə saxlanılmış həmin şəxslərin bir qismi artıq azadlığa buraxılıb. Hazırda 54 nəfər həbsdə qalır.

Hazırda Gürcüstan parlamentinin binası qarşısında keçirilən aksiyaya qoşulan iştirakçıların sayı artmaqdadır. Rustaveli prospektində avtomobillərin hərəkəti dayandırılıb. Aksiyaçıların tələbləri dəyişməz olaraq qalıb. Onlar daxili işlər naziri Giorgi Qaxarianın istefası və Tbilisidə iyunun 20-21-də keçirilən aksiya zamanı saxlanılan şəxslərin hamısının azadlığa buraxılmasını tələb edirlər.

Son xəbərlər

Orphus sistemi