Tbilisidə “Savaşdan barışa uzanan yol” adlı sərgi açılıb

Tbilisidə “Savaşdan barışa uzanan yol” adlı sərgi açılıb Sərgi Çanaqqala zəfərinin 100 illik yubileyinə həsr olunub
Region
27 Aprel , 2015 22:58
Tbilisidə “Savaşdan barışa uzanan yol” adlı sərgi açılıb

Bakı. 27 aprel. REPORT.AZ/ Tbilisidə, Parlament kitabxanasında “Savaşdan barışa uzanan yol” adlı sərgi açılıb.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyənin Gürcüstandakı səfirliyinin və Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin birgə təşkil etdikləri sərgi Çanaqqala zəfərinin 100 illik yubileyinə həsr olunub.

Sərginin açılışında Gürcüstanın dövlət və hökumət üzvləri, parlamentin deputatları, Azərbaycanın bu ölkədəki səfirliyinin, eləcə də Tbilisidəki diplomatik korpusun və beynəlxalq təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Türkiyənin Gürcüstandakı səfiri Zəki Ləvənt Gümrükçü Birinci Dünya müharibəsinin səbəb və nəticələri, Çanaqqala döyüşünün əhəmiyyəti barədə ətraflı məlumat verib. Çanaqqala savaşında bir çox millətlərin nümayəndələrinin türk əsgərləri ilə birgə döyüşdüklərini, xüsusi qəhrəmanlıq göstərdiklərini qeyd edib. Türk xalqının həmin insanların xatirəsini daim uca tutduğunu xüsusi vurğulayıb.

Sərgidə İstanbul Dövlət Arxivindən götürülmüş tarixi sənədlər, fotoşəkillər nümayiş etdirilir.

Sərgi aprelin 29-dək davam edəcəkdir.

Son xəbərlər

Orphus sistemi