Tbilisidə “Rustavi 2” kanalının qarşısında mitinq başlayıb

Tbilisidə “Rustavi 2” kanalının qarşısında mitinq başlayıb Gürcüstanın müxalif “Rustavi 2” televiziya kanalının ofisi yaxınlığında etiraz aksiyası keçirilir.
Region
8 İyul , 2019 01:44
Tbilisidə “Rustavi 2” kanalının qarşısında mitinq başlayıb

Gürcüstanın müxalif “Rustavi 2” televiziya kanalının ofisi yaxınlığında etiraz aksiyası keçirilir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, aksiyaya səbəb televiziya kanalında yayımlanan “Postskriptum” proqramında Rusiya prezidenti Vladimir Putinin təhqir olunmasıdır.

Aksiya iştirakçıları proqramın aparıcısı Giorgi Qabunianın üzr istəməsini, bəzi etirazçılar isə “Rustavi 2” kanalının bağlanmasını tələb edirlər.

Qeyd edək ki, “Postskriptum” proqramında aparıcı G.Qabunia V.Putinin ünvanına rus dilində qeyri-etik ifadələr və söyüş işlədib. “Rustavi 2” kanalının bu hərəkəti Gürcüstanın hökumət rəsmiləri tərəfindən dövlət əleyhinə təxribat kimi qiymətləndirilib.

Son xəbərlər

Orphus sistemi