Tbilisidə “Qazprom”la bağlanan müqavilənin şərtlərinin açıqlanması tələbi ilə aksiya keçirilir

Tbilisidə “Qazprom”la bağlanan müqavilənin şərtlərinin açıqlanması tələbi ilə aksiya keçirilir Aksiyanın təşkilatçısı müxalifətdə olan “Vahid Milli Hərəkat” Partiyası və onun tərəfdarlarıdır
Region
1 Fevral , 2017 13:32
Tbilisidə “Qazprom”la bağlanan müqavilənin şərtlərinin açıqlanması tələbi ilə aksiya keçirilir

Bakı. 1 fevral. REPORT.AZ/ Tbilisidə Gürcüstanla Rusiyanın “Qazprom” şirkəti arasında bağlanmış müqavilənin şərtlərinin açıqlanması tələbi ilə aksiya keçirilir.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, aksiyanın təşkilatçısı müxalifətdə olan “Vahid Milli Hərəkat” Partiyası və onun tərəfdarlarıdır.

Məlumata görə, aksiya Gürcüstan hökumətinin binası qarşısında keçirilir.

Gürcüstanda müxalifət və ekspertlər hesab edirlər ki, “Qazprom”la müqavilə ölkəni Rusiyadan asılı vəziyyətə salacaq. Ona görə də müqavilə mətninin açıqlanması tələb edilir. 

Xatırladaq ki, 2016-cı ilin yanvarında Bidzina İvanişvilinin biznes-mərkəzində “Rusiyanın təbii qazına yox!” tələbi ilə etiraz aksiyası keçirilmişdi.

Son xəbərlər

Orphus sistemi