Tbilisidə polislə aksiya iştirakçıları arasında qarşıdurma olub

Tbilisidə polislə aksiya iştirakçıları arasında qarşıdurma olub Üç nəfər aksiya iştirakçısı polis tərəfindən saxlanılıb
Region
13 May , 2018 11:01
Tbilisidə polislə aksiya iştirakçıları arasında qarşıdurma olub

Tbilisi. 13 may. REPORT.AZ/ Bu gün səhər Tbilisidə polislə aksiya iştirakçıları arasında qarşıdurma olub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, artıq 3 nəfər aksiya iştirakçısı polis tərəfindən saxlanılıb.

Polis parlamentin binası önündə axşamdan qurulmuş çadırları sökməyə cəhd edib. Əvvəlcə aksiya iştirakçılarına sadəcə xəbərdarlıq olunub. Amma sonra polis palatkaları sökməyə başlayıb. Bu zaman iştirakçılarla asayiş keşikçiləri arasında qarşıdurma yaranıb. Nəticədə 3 nəfər saxlanılıb.

Aksiyanın əsas təşkilatçısı “Ağ səs” (Belaya şum) İctimai Birliyinin lideri Beka Tsikarişvili parlamentin binası önünə gəlib. O, aksiyanın bu gün də davam etdiriləcəyini bildirib.

Mayın 12-də Gürcüstan Daxili İşlər Nazirliyinin Narkotiklə Mübarizə Departamentinin qüvvələri paytaxt Tbilisidəki “Basiani” və “Galeri” gecə klublarında əməliyyat keçirib. Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən 8 nəfər saxlanılıb.

“Ağ səs” birliyinin üzvləri isə bunu polisin özbaşnalığı adlandırıb və klublardan götürülən narkotiklərin oraya məhz polis tərəfindən atıldığını iddia edirlər.

Aksiya iştirakçıları baş nazirin və daxili işlər nazirinin istefasını və bir neçə vəzifəli şəxsin cəzalandırılmasını tələb edirlər.

Son xəbərlər

Orphus sistemi