Tbilisidə etiraz aksiyası bərpa olunub - FOTO - YENİLƏNİR

Tbilisidə etiraz aksiyası bərpa olunub - FOTO - YENİLƏNİR Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında növbədənkənar parlament seçkiləri tələbi ilə keçirilən etiraz aksiyası bərpa olunub.
Region
15 Noyabr , 2019 19:15
Tbilisidə etiraz aksiyası bərpa olunub - FOTO - YENİLƏNİR
Report

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında növbədənkənar parlament seçkiləri tələbi ilə keçirilən etiraz aksiyası bərpa olunub.

“Report”un yerli bürosu xəbər verir ki, dinc aksiyada ictimai fəallarla yanaşı, müxalifət partiyalarının nümayəndələri də iştirak edirlər.

Etirazçılar parlament binasının önündəki Rustaveli prospektinə qızınmaq üçün dəmir çəlləklər və odun gətiriblər.

Təşkilatçılar aksiyanın 24 saat rejimində keçiriləcəyini bildiriblər.

Qeyd edək ki, Tbilisidə etirazlara ötən gün Gürcüstan parlamentində proporsional seçki sisteminə keçidlə bağlı qanun layihəsinin dəstəklənməməsi səbəb olub. 


*** 09:25

Gürcüstanın paytaxtı Tbilisidə ölkə parlamentinin binası qarşısında etiraz aksiyası bu gün saat 19:00-da bərpa olunacaq.

“Report”un yerli bürosu xəbər verir ki, ötəngünkü aksiyanın bir qrup iştirakçısı gecəni parlamentin binası qarşısında, Rustaveli prospektində qurulan çadırlarda keçirib.

Mərkəzi prospekt avtomobillərin hərəkəti üçün bağlanıb. Polis əməkdaşları ərazidə ictimai asayişə nəzarət edirlər.

Aksiyaçılar ötən gün Gürcüstan parlamentində proporsional seçki sisteminə keçidi nəzərdə tutan qanun layihəsinin yetərli səs toplamamasına etiraz edirlər. Onların əsas tələbi ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsidir.

Etirazçılar tələbləri yerinə yetirilməyənə qədər aksiyanı davam etdirəcəklərini bildiriblər.

Aksiyanı parlamentdə təmsil olunan və olunmayan müxalifət partiyalarının liderləri və tərəfdarları da dəstəkləyir. 

Son xəbərlər

Orphus sistemi