Tbilisidə ölkə qanunlarını pozan əcnəbilərə qarşı etiraz aksiyası keçirilib

Tbilisidə ölkə qanunlarını pozan əcnəbilərə qarşı etiraz aksiyası keçirilib Onlar bildiriblər ki, ölkədə cinayətkarlığın, qeyri-leqal biznesin, əxlaqsızlığın, narkomaniyanın və s. artmasında bəzi əcnəbilər günahkardır
Region
14 İyul , 2017 22:10
Tbilisidə ölkə qanunlarını pozan əcnəbilərə qarşı etiraz aksiyası keçirilib

Tbilisi. 14 iyul. REPORT.AZ/ Tbilisinin mərkəzi Aqmaşenebeli küçəsində bu ölkədə qeyri-qanuni məskunlaşmış əcnəbilərə qarşı etiraz aksiyası keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, “Gürcülərin yürüşü” adı altında keçirilən aksiya saat 20.00-da başlayıb.

Mindən çox insan təqribən iki kilometr yol qət edib. Onlar hökumətdən Gürcüstanda əcnəbilərə yaşayış hüququnun və vətəndaşlığın verilməsi qaydalarını sərtləşdirən “Emmiqrasiya haqqında” yeni qanun qəbul etməyi, Gürcüstan ərazisinə qeyri-qanuni gələn və qanunla nəzərdə tutulmuş vaxtdan artıq qalan xarici ölkə vətəndaşlarını, eləcə də kriminal ünsürlərin ölkədən təcili çıxarmağı tələb ediblər.

Onlar bildiriblər ki, ölkədə cinayətkarlığın, qeyri-leqal biznesin, əxlaqsızlığın, narkomaniyanın, narkotik maddələrin qanunsuz satışının artmasında məhz bəzi əcnəbilər günahkardırlar.

Aksiyaçılar ölkədəki qeyri-hökumət təşkilatlarının xaricdən maliyyələşdirilməsinin də qarşısının alınmasının vacibliyini bildiriblər.

Etirazçılar Gürcüstanda qanunların ən çox İran, Suriya, Türkiyə, Pakistan, Hindistan vətəndaşları tərəfindən pozulduğunu iddia ediblər.

Yürüş-mitinq metronun “Marcanaşvili” stansiyasının qarşısında başa çatıb.

Son xəbərlər

Orphus sistemi