Tbilisidə keçirilən aksiya başa çatıb

Tbilisidə keçirilən aksiya başa çatıb Tbilisidə parlament binası önündə daxili işlər naziri Giorgi Qaxarianın istefası tələbi ilə keçirilən aksiya başa çatıb.
Region
4 İyul , 2019 00:22
Tbilisidə keçirilən aksiya başa çatıb

Tbilisidə parlament binası önündə daxili işlər naziri Giorgi Qaxarianın istefası tələbi ilə keçirilən aksiya başa çatıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, aksiya çərçivəsində parlamentin binası qarşısında böyük ölçüdə ağ lövhə quraşdırılıb.

İştirakçılar həmin lövhədə “Qaxaria get” və digər etiraz müraciətlərini yazıblar.

İyulun 4-də saat 19:00-da keçiriləcək sayca 15-ci aksiyada tribuna musiqiçilərə veriləcək.

Son xəbərlər

Orphus sistemi