Tbilisidə iki mağazalar şəbəkəsi yanır, paytaxt qara tüstüyə bürünüb

Tbilisidə iki mağazalar şəbəkəsi yanır, paytaxt qara tüstüyə bürünüb Hadisə nəticəsində 1000-ə yaxın insanın mağazası və satış şəbəkəsi yanıb
Region
30 Yanvar , 2017 13:38
Tbilisidə iki mağazalar şəbəkəsi yanır, paytaxt  qara tüstüyə bürünüb

Tbilisi. 30 yanvar. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi qara tüstüyə bürünüb.

“Report”un Gürcüstan bürosu hadisə yerindən xəbər verir ki, səhərə yaxın Tbilisinin mərkəzi “Dinamo” stadionunun yaxınlığındakı “Uşaq aləmi” mağazalar şəbəkəsində yanğın baş verib. Alov ikimərtəbəli ticarət mərkəzindən yaxınlıqdakı “Qızıl dünyası” mağazalar şəbəkəsinə keçib.

Yanğının söndürülməsinə şəhərin bütün hissələrindən 30 briqada cəlb olunub. Alovun söndürülməsi zamanı bir nəfər yanğınsöndürən xəsarət alıb. Hadisə nəticəsində 1000-ə yaxın insanın mağazası və satış şəbəkəsi yanıb.

Tbilisi şəhərinin meri, Daxili İşlər Nazirliyinin yüksək rütbəli şəxsləri hadisə yerindədirlər.

Faktla bağlı cinayət işi başlanılıb.

Alovun yaxınlıqdakı yaşayış binalarına və başqa binalara keçməsinin qarşısı alınsa da alov hələ tam söndürülməyib. Dəmir yolu vağzalı da tüstü içərisindədir.

Son xəbərlər

Orphus sistemi