Tbilisidə hərbi şəhərcikdə qumbara partladılıb, xəsarət alanlar var

Tbilisidə hərbi şəhərcikdə qumbara partladılıb, xəsarət alanlar var Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Varketili qəsəbəsində yerləşən hərbi şəhərcikdə əl qumbarası partladılıb.
Region
10 İyul , 2019 08:52
Tbilisidə hərbi şəhərcikdə qumbara partladılıb, xəsarət alanlar var

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Varketili qəsəbəsində yerləşən hərbi şəhərcikdə əl qumbarası partladılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, yaşayış binalarının birində qeydə alınan partlayış nəticəsində üç nəfər müxtəlif bədən xəsarətləri alıb.

Xəstəxanaya çatdırılan yaralıların vəziyyəti sabit qiymətləndirilir.

Qumbaranı partladan şəxsin kimliyi müəyyən olunub və onun axtarışı isqtimətində intensiv tədbirlər həyata keçirilir.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı Cinayət Məcəlləsinin ağır qətl törətməyə cəhd etmə maddəsi üzrə cinayət işi açıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi