Tbilisidə hava şəraiti kəskin dəyişib, etiraz aksiyası təxirə salına bilər

Tbilisidə hava şəraiti kəskin dəyişib, etiraz aksiyası təxirə salına bilər Gürcüstanın paytaxtı Tbilisidə hava şəraiti kəskin dəyişib.
Region
24 İyun , 2019 18:23
Tbilisidə hava şəraiti kəskin dəyişib, etiraz aksiyası təxirə salına bilər

Gürcüstanın paytaxtı Tbilisidə hava şəraiti kəskin dəyişib.

“Report”un yerli bürosu xəbər verir ki, hazırda şəhərdə güclü küləklə müşahidə olunan leysan yağır.

Tbilisinin bəzi yerlərində dolu müşahidə olunur.

Hava şəraiti ilə əlaqədar olaraq, Gürcüstan parlamentinin binası qarşısında saat 19:00-a təyin olunan aksiya təxirə salına bilər.

Gürcüstanda qeyri-sabit hava şəraitinin iyunun 28-nə qədər davam edəcəyi proqnozlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi