Tbilisidə Gürcüstanın keçmiş daxili işlər nazirinin müavini amansızcasına döyülüb

Tbilisidə Gürcüstanın keçmiş daxili işlər nazirinin müavini amansızcasına döyülüb İki naməlum maskalı şəxs Gela Xvedelidzeyə onun evinin qarşısında hücüm ediblər
Region
3 Aprel , 2017 14:26
Tbilisidə Gürcüstanın keçmiş daxili işlər nazirinin müavini amansızcasına döyülüb
Courtesy İmage

Bakı. 3 aprel. REPORT.AZ/ Bu gün Tbilisidə iki naməlum maskalı şəxs Gürcüstanın keçmiş daxili işlər nazirinin müavini Gela Xvedelidzeyə hücum edib.

Bu barədə "Report" Gürcüstan KİV-lərinə istinadən xəbər verir.

G.Xvedelidzenin həyat yoldaşının verdiyi məlumata görə, hücum onların yaşadığı evin qarşısında baş verib. Gela Xvedelidze ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Bu hücum faktı üzrə cinayət işi qaldırılıb, istintaq başlanılıb.

Qeyd edək ki, G.Xvedelidze bir neçə il əvvəl gizli videoçəkiliş ilə bağlı baş vermiş qalmaqala görə daxili işlər nazirinin müavini vəzifəsindən kənarlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi