Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu ilin noyabrında Tbilisidə Gürcüstan və Rusiya biznesmenlərinin görüşü keçiriləcək.
"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
İnformasiyaya görə, görüş Rusiya və Gürcüstan Sənaye-Ticarət Palatasının himayədarlığı altında keçiriləcək.
Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək.