Tbilisidə Gürcüstan parlamentinin deputatına hücum edilib

Tbilisidə Gürcüstan parlamentinin deputatına hücum edilib Hüquq-mühafizə orqanları hadisə yerindəcə insidentin iki iştirakçısını saxlayıb
Region
21 Dekabr , 2015 12:18
Tbilisidə Gürcüstan parlamentinin deputatına hücum edilib

Bakı. 21 dekabr. REPORT.AZ/ Ötən gecə Tbilisi beynəlxalq hava limanında Gürcüstan parlamentinin deputatı Levan Bejaşvili hücuma məruz qalıb.

"Report" Gürcüstanın "Rustavi 2" kanalına istinadən xəbər verir ki, deputata Kiyevdən qayıdarkən hava limanının binasından çıxanda hücum edilib.

Teleşirkətin məlumatına görə, hüquq-mühafizə orqanları hadisə yerindəcə insidentin iki iştirakçısını saxlayıb. Deputat isə sorğu-sual üçün polis bölməsinə aparılıb.

Son xəbərlər

Orphus sistemi