Tbilisidə etirazçıların yerinə yetirilməmiş bir tələbi qalıb - FOTO - YENİLƏNİB-2

Tbilisidə etirazçıların yerinə yetirilməmiş bir tələbi qalıb - FOTO - YENİLƏNİB-2 Gürcüstanın paytaxtı Tbilisidə iyunun 20-21-də keçirilmiş etiraz aksiyaları zamanı saxlanılan şəxslərin hamısı azadlığa buraxılıb.
Region
26 İyun , 2019 22:20
Tbilisidə etirazçıların yerinə yetirilməmiş bir tələbi qalıb - FOTO - YENİLƏNİB-2
Foto: "Report"

Gürcüstanın paytaxtı Tbilisidə iyunun 20-21-də keçirilmiş etiraz aksiyaları zamanı saxlanılan şəxslərin hamısı azadlığa buraxılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin binası qarşısında keçirilən aksiyada bildirilib.

Təşkilatçıların sözlərinə görə, onların üç əsas tələbindən ikisi artıq yerinə yetirilib.

Hazırda etirazçıların daxili işlər naziri Giorgi Qaxarianın istefası ilə bağlı tələbi yerinə yetirilməmiş qalıb.

Qeyd edək ki, Tbilisidə davam edən etiraz aksiyalarının üç tələbi olub. Bu tələblər proporsional seçki sisteminə keçid, iyunun 20-21-də saxlanılan etirazçıların hamısının azadlığa buraxılması və daxili işlər naziri G.Qaxarianın istefası olub. Hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin qərarı ilə 2020-ci ildə ölkədə parlament seçkiləri proporsional qayda üzrə keçiriləcək.   


***21:34

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında keçirilən aksiyanın iştirakçılarının sayı artıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, parlamentin binası qarşısındakı Rustaveli prospektində avtomobillərin hərəkəti dayandırılıb.

Etiraz aksiyasının təşkilatçıları tələblərinə heç bir dəyişikliyin edilməyəcəyini bildiriblər.

Bu ərəfədə deputat toxunulmazlığı aradan qaldırılan müxalif Vahid Milli Hərəkat Partiyasının deputatı Nika Melia və tərəfdarları da etiraz aksiyasına qoşulub. 


***20:01

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası başlayıb.

"Report"un yerli bürosu xəbər verir ki, yeddinci gündür keçirilən aksiyada hələ kütləvilik müşahidə olunmur.

Etirazçıların tələbləri daxili işlər naziri Giorgi Qaxarianın istefası, iyunun 20-21-də Tbilisidə aksiya zamanı saxlanılanların hamısının azad olunması və aksiyanın zor gücünə dağıdılmasında iştitak edən, güc tətbiq edən xüsusi təyinatlıların cəzalandırılmasıdır.

Son xəbərlər

Orphus sistemi