Tbilisidə güclü külək və yağış Müstəqillik gününün qeyd edilməsinə mane olub

Tbilisidə güclü külək və yağış Müstəqillik gününün qeyd edilməsinə mane olub Gürcüstanın paytaxtı Tbilisidə hava şəraiti kəskin dəyişib.
Region
26 May , 2019 17:56
Tbilisidə güclü külək və yağış Müstəqillik gününün qeyd edilməsinə mane olub

Gürcüstanın paytaxtı Tbilisidə hava şəraiti kəskin dəyişib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, şəhərdə güclü yağış və külək müşahidə olunur.

Havanın pisləşməsi ilə bağlı Tbilisinin mərkəzi Rustaveli prospektində Müstəqillik günü ilə əlaqədar təşkil olunmuş sərgi və pavilyonlar müvəqqəti bağlanıb.

Güclü külək pavilyonlarda konstruksiyaların dağılmasına səbəb olub.

Tədbir təşkilatçıları hava şəraiti ilə bağlı bayram proqramına hələ hər hansı bir dəyişiklik etməyi planlaşdırmırlar.

Proqrama əsasən, saat 20:00-da bayram şənliklərinə qala konsertlə yekun vurulmalıdır.

Qeyd edək ki, bu gün Gürcüstanda Müstəqillik günü qeyd olunur.

Son xəbərlər

Orphus sistemi