Yuxarı

Tbilisidə eyvan uçub, 3-ü əcnəbi olmaqla 5 nəfər xəsarət alıb

​Tbilisidə eyvan uçub, 3-ü əcnəbi olmaqla 5 nəfər xəsarət alıb
© Foto:Report.az

Gürcüstanın paytaxtı Tbilisidə Nişnianidze küçəsində yerləşən yaşayış binasının ikinci mərtəbəsində eyvan uçub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb.

Bədbəxt hadisə zamanı həmin şəxslərin hamısı eyvanda olub. Hadisə yerinə cəlb olunan xilasedicilər xəsarət alan şəxsləri dağıntılar altından çıxarıblar. Onların hamısı yüngül xəsarətlər alıblar və xəstəxanaya çatdırılıblar.

Xəsarət alanların üçünün əcnəbi olduğu bildirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi