Tbilisidə etirazlar zamanı saxlanılan 41 nəfər azadlığa buraxılıb

Tbilisidə etirazlar zamanı saxlanılan 41 nəfər azadlığa buraxılıb Tbilisidə iyunun 20-də Gürcüstan parlamentinin binası qarşısında keçirilən kütləvi aksiya zamanı saxlanılan 41 nəfər azadlığa buraxılıb.
Region
25 İyun , 2019 10:37
Tbilisidə etirazlar zamanı saxlanılan 41 nəfər azadlığa buraxılıb

Tbilisidə iyunun 20-də Gürcüstan parlamentinin binası qarşısında keçirilən kütləvi aksiya zamanı saxlanılan 41 nəfər azadlığa buraxılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Apellyasiya Məhkəməsi qərar qəbul edib.

Saxlanılan şəxslər 4 günlük inzibati həbs cəzası çəkiblər. Onlar məhkəmə zalından sərbəst buraxılıblar.

Məhkəmə 41 nəfərdən 2-nin günahsız olduğunu üzə çıxarıb.

Qeyd edək ki, iyunun 20-də keçirilən kütləvi aksiya zamanı 305 nəfər saxlanılıb. Tbilisidə davam edən kütləvi etiraz aksiyalarının tələblərindən biri həmin şəxslərin hamısının azadlığa buraxılmasıdır. 

Son xəbərlər

Orphus sistemi