Tbilisidə etiraz aksiyası başa çatıb - YENİLƏNİB

Tbilisidə etiraz aksiyası başa çatıb - YENİLƏNİB Tbilisidə keçirilən etiraz aksiyası hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin biznes mərkəzi yaxınlığında başa çatıb.
Region
28 İyun , 2019 00:13
Tbilisidə etiraz aksiyası başa çatıb - YENİLƏNİB

Tbilisidə keçirilən etiraz aksiyası hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin biznes mərkəzi yaxınlığında başa çatıb.

"Report"un yerli bürosu xəbər verir ki, aksiyaçılar rəmzi sarı kartlar göstərərək "Get!" şüarı səsləndiriblər.

Aksiyada Gürcüstan və Avropa İttifaqının himnləri səsləndirilib.

Təşkilatçılar bu gün saat 19:00-da parlamentin binası qarşısında daxili işlər naziri Giorgi Qaxarianın istefası tələbi ilə növbəti aksiyanın keçiriləcəyini bildiriblər.


***23:29/27 İyun

Gürcüstanın paytaxı Tbilisidə ölkə parlamentinin binası önündə keçirilən aksiya yürüşlə davam edir.

“Report”un yerli bürosu xəbər verir ki, aksiya iştirakçıları hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin biznes mərkəzinə doğru dinc yürüş keçirirlər.

Yürüşçülər əllərində “Qaxaria get!” şüarının olduğu baner tutublar.

Bəzi iştirakçılar yürüşə skuterlərlə qatılıblar. Onlar əllərində “Qaxaria evə get!” sözlərinin olduğu şarlar tutublar.

Qeyd edək ki, bugünkü etiraz aksiyasının tələbi daxili işlər naziri Giorgi Qaxarianın istefasıdır.

Son xəbərlər

Orphus sistemi