Tbilisidə Ədliyyə Nazirliyinin həyətində baş verən atışmanın iştirakçılarından biri saxlanılıb

Tbilisidə Ədliyyə Nazirliyinin həyətində baş verən atışmanın iştirakçılarından biri saxlanılıb Qəsdən adam öldürməyə cəhd maddəsi üzrə ittiham edilən 1977-ci il doğumlu Mixail V. həbs edilib
Region
19 İyul , 2016 17:58
Tbilisidə Ədliyyə Nazirliyinin həyətində baş verən atışmanın iştirakçılarından biri saxlanılıb

Bakı. 19 iyul. REPORT.AZ/ Gürcüstan Daxili İşlər Nazirliyi ölkənin Ədliyyə Nazirliyinin Milli İcra Bürosunun həyətində baş verən və nəticədə bir nəfərin ölümü, bir nəfərin də yaralanması ilə nəticələnən atışmanın iştirakçılarından birinin saxlanıldığı barədə məlumat yayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər ki, dünən nazirliyinin həyətində borclu və kreditor arasında atışma olub. Hadisə nəticəsində iki nəfər yaralanıb.

"Rustavi-2" teleşirkətinin məlumatına görə, hadisə iştirakçıları keçmiş DİN və hərbi polis əməkdaşı olub.

"İstintaq-axtarış əməliyyatları nəticəsində qəsdən adam öldürməyə cəhd maddəsi üzrə ittiham edilən 1977-ci il doğumlu Mixail V. həbs edilib", - DİN-in bəyanatında deyilir.

Qəsdən adam öldürmə maddəsi ilə istintaq işi davam etdirilir.

Son xəbərlər

Orphus sistemi