Tbilisidə daha 3 nümayişçi saxlanılıb

Tbilisidə daha 3 nümayişçi saxlanılıb Bakı. 11 iyun. REPORT.AZ/ Gürcüstan polisi bu gün səhər saatlarında Tbilisinin mərkəzində etiraz aksiyasının daha 3 iştirakçısını saxlayıb.
Region
11 İyun , 2018 10:25
Tbilisidə daha 3 nümayişçi saxlanılıb
Sputnik / Shota Nozadze
0 : 00
0 : 00

Bakı. 11 iyun. REPORT.AZ/ Gürcüstan polisi bu gün səhər saatlarında Tbilisinin mərkəzində etiraz aksiyasının daha 3 iştirakçısını saxlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə nümayişçilər bildiriblər.

Qeyd edək ki, dünən Tbilisidə ötən ilin dekabr ayında iki yeniyetmənin qətlə yetirilməsi cinayət işi üzrə "ədalətin bərpası" tələbi ilə mayın 31-də başlamış etiraz aksiyası bərpa edilib.

Gürcüstan KİV-inin məlumatına görə, nümayişçilər Rustaveli prospektində çadırları avtomobil yoluna çıxarıblar. Amma hazırda avtomobillərin hərəkəti qismən bərpa edilib. Yolda üç çadır qalıb.

Son xəbərlər

Orphus sistemi