Yuxarı

Tbilisidə cinsi azlıq tərəfdarları ilə millətçilər arasında qarşıdurma zamanı 8 nəfər saxlanılıb - YENİLƏNİB

​Tbilisidə cinsi azlıqlarla millətçilər arasında qarşıdurma olub

Tbilisidə cinsi azlıq tərəfdarları və millətçilər arasında baş vermiş qarşıdurma zamanı saxlanılanların sayı 8-ə çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saxlanılan şəxslər polisə tabe olmayıblar.

Gürcüstanın Hökumət Administrasiyasının binası qarşısında vəziyyət gərgin olaraq qalır. Cinsi azlıq tərəfdarları ilə din xadimləri və millətçilər arasında polisin yaratdığı canlı səddi yarmaq üçün cəhdlər edilir.


***20:38

Tbilisidə Gürcüstanın Hökumət Administrasiyasının binası qarşısında cinsi azlıq tərəfdarları ilə millətçilər arasında qarşıdurma baş verib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, LGBT nümayəndələri “Dövlət haradasan?” adlı aksiya keçirməyə cəhd ediblər.

Millətçilər və din xadimləri aksiyanın keçirilməsinə mane olub. Tərəflər arasında qarşıdurma baş verib.

Cinsi azlıq tərəfdarları hökumət rəsmilərini LGBT nümayəndələrinin 18-23 iyun tarixinə Tbilisidə planlaşdırdığı parad ətrafında yaranmış vəziyyətə münasibət bildirməyə çağırıb.

Əraziyə cəlb olunan çox sayda polis tərəflər arasında canlı sədd yaradıb. Aksiya zamanı 4 nəfər saxlanılıb.

Qeyd edək ki, Gürcüstan Patriarxlığı bu gün hökumətdən cinsi azlıqların paradının qarşısını almağı tələb edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi