Tbilisidə bina uçub, bir fəhlə ölüb

Tbilisidə bina uçub, bir fəhlə ölüb Daha üç nəfər xəsarət alıb
Region
26 İyul , 2017 14:23
Tbilisidə bina uçub, bir fəhlə ölüb

Bakı. 26 iyul. REPORT.AZ/ Tbilisidə Suxumi küçəsində qəzalı evin divarın uçması nəticəsində bir fəhlə həlak olub, üç nəfər yaralanıb. 

Bu barədə "Report" "Sputnik-Qruziya"ya istinadən xəbər verir.

Fəhlə binanın sökülməsi zamanı divarın uçması nəticəsində dağıntılar altında qalıb. O, dağıntılar altından çıxarılan zamanı huşsuz vəziyyətdə olub. Həkimlər onun həyatını xilas edə bilməyiblər.

Dağıntılar altında qalan ikinci fəhlə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Digər yüngül xəsarət alanlar da xəstəxanaya çatdırılıblar.

Son xəbərlər

Orphus sistemi