Tbilisidə Beynəlxalq Turizm media forumu keçirilib

Tbilisidə Beynəlxalq Turizm media forumu keçirilib Forumda Qazaxıstan, Qırğız Respublikası, Ukrayna, Belarus, Özbəkistan və Azərbaycandan jurnalistlər iştirak ediblər
Region
11 Mart , 2015 10:05
Tbilisidə Beynəlxalq Turizm media forumu keçirilib

Tbilisi. 11 mart. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisidə Beynəlxalq Turizm media forumu keçirilib.

Gürcüstana ezam olunan "Report"un müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Georgi Çoqovadze Gürcüstanda turizm və onun potensialı haqqında danışıb.

Onun sözlərinə görə, 2014-cü ildə Gürcüstana 5,4 mln. turist səfər edib, 2015-ci ildə Administrasiya ölkəyə daha çox turistin gələcəyini gözləyir, çünki bu il Gürcüstanda UEFA Superkuboku uğrunda matç, gənclər arasında Avropa Olimpiadası, eləcə də Avropa Yenidənqurma və İnkişaf Bankının tədbiri keçiriləcək. 

Qeyd olunub ki, Gürcüstan turistlər üçün dünyada ən təhlükəsiz bölgələrdən biridir. Ölkə öz memarlıq abidələri, eləcə də çaxırı ilə məşhurdur. 

Daha sonra Gürcü çaxırının fəxri səfiri, Dequstasiya komissiyasının üzvü Şalva Xatsuriani Gürcüstanda şərabçılıq və ölkədə istehsal olunan çaxır növləri haqqında ətraflı məlumat verib. 

Qeyd edək ki, forumda Qazaxıstan, Qırğız Respublikası, Ukrayna, Belarus, Özbəkistan, Azərbaycandan, o cümlədən "Report" informasiya agentliyindən jurnalistlər iştirak edib.

Son xəbərlər

Orphus sistemi