Tbilisidə Beynəlxalq Tibbi Təhsil Assosiasiyasının mərkəzi açılıb

Tbilisidə Beynəlxalq Tibbi Təhsil Assosiasiyasının mərkəzi açılıb “Əminəm ki, Gürcüstan tibbi xidmətlərin göstərilməsi baxımından regionda lider ölkə olacaq”.
Region
23 May , 2019 12:59
Tbilisidə Beynəlxalq Tibbi Təhsil Assosiasiyasının mərkəzi açılıb

“Əminəm ki, Gürcüstan tibbi xidmətlərin göstərilməsi baxımından regionda lider ölkə olacaq”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Mamuka Baxtadze Tbilisi Dövlət Tibb Universitetində Beynəlxalq Tibbi Təhsil Assosiasiyasının mərkəzinin açılışında bildirib.

Onun sözlərinə görə, Gürcüstanın müxtəlif ölkə vətəndaşlarına təxminən 2 milyarda yaxın tibbi xidmət göstərmək potensialı var: “Gürcüstan tibbi təhsil üzrə beynəlxalq mərkəzə çevrilir. Bu da ölkənin Avropa məkanına effektiv interqrasiyası istiqamətində əhəmiyyətli addımdır”.

M.Baxtadze gələcək nəsillərin keyfiyyətli təhsillə təmin olunmasının ölkədə çox uğurlu səhiyyə sahəsinin yaradılmasına imkan verəcəyini qeyd edib: “Bu sahə ilə yalnız Gürcüstan və onun vətəndaşları fəxr etməyəcək. Səhiyyə sahəsi həmçinin qonşu ölkələrimiz üçün də keyfiyyət zəmanəti olacaq”.

Son xəbərlər

Orphus sistemi