Tbilisidə bazarda baş verən yanğın lokallaşdırılıb - YENİLƏNİB-2

Tbilisidə bazarda baş verən yanğın lokallaşdırılıb - YENİLƏNİB-2 Tbilisidə “Terqi” bazarında baş verən yanğın lokallaşdırılıb.
Region
2 Oktyabr , 2019 12:39
Tbilisidə bazarda baş verən yanğın lokallaşdırılıb - YENİLƏNİB-2

Tbilisidə “Terqi” bazarında baş verən yanğın lokallaşdırılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, alov 200-250 kvadrat metr sahəni əhatə edib.

İlkin məlumatlara əsasən, yanğın qarışıq malların saxlanıldığı anbarda baş verib.

Hazırda yanğının tam aradan qaldırılması üzrə işlər davam etdirilir. 


*** 11:51

Tbilisidə “Terqi” bazarı ərazisində baş verən yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidməti məlumat yayıb.

İlkin məlumatlara əsasən, yanğın oyuncaq mağazasında baş verib. Alovun, təxminən, 200 kvadrat metr sahəni əhatə etdiyi bildirilir.

Hadisə yerinə 80 yanğınsöndürən cəlb olunub. Yanğın nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı istintaq başlayıb.


*** 11:12

Gürcüstanın paytaxtı Tbilisi şəhərində dəmir yolu vağzalı stansiyası yaxınlığında yanğın baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, yanğın Tsabadze küçəsində, “Terqi” bazarı ərazisində qeydə alınıb.

Hadisə yerinə iki yanğınsöndürən maşın cəlb olunub.

Yanğının söndürülməsinə əlavə qüvvələr də göndərilib.

Qeyd edək ki, ötən ilin fevral ayında “Terqi” bazarında güclü yanğın olub. Nəticədə 3 min kvadrat metr sahə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.  

Son xəbərlər

Orphus sistemi