Tbilisidə bazarda yanğın lokallaşdırılıb - YENİLƏNİB

Tbilisidə bazarda yanğın lokallaşdırılıb - YENİLƏNİB Tbilisidə bazarda baş verən yanğın artıq lokallaşdırılıb.
Region
16 İyun , 2020 00:19
Tbilisidə bazarda yanğın lokallaşdırılıb - YENİLƏNİB

Tbilisidə bazarda baş verən yanğın artıq lokallaşdırılıb.

"Report"un yerli bürosu xəbər verir ki, yanğın zamanı 1 000 kvadrat metrə yaxın sahə yanıb.

Alovun yayılması təhlükəsi aradan qaldırılıb.

Hazırda yanğının tam söndürülməsi üzrə işlər davam etdirilir.


***15.06.2020. 23:21

Tbilisinin Varketili rayonu ərazisində yerləşən qarışıq mallar bazarında yanğın olub.

"Report"un yerli bürosu xəbər verir ki, alov bir neçə mağazanı əhatə edib.

Əraziyə 13 yanğınsöndürən maşın cəlb olunub.

Yanğının səbəbi hələ bilinmir.

Hadisə zamanı xəsarət alan olmayıb.

Son xəbərlər

Orphus sistemi