Yuxarı
    Bağlamaq

    Tbilisidə baş vermiş böyük yanğından sonra Ticarət Mərkəzi yenidən alovlanıb

    Yaxınlıqdakı ərazini qatı tüstü bürüyüb

    Bakı. 30 yanvar. REPORT.AZ/ Bu gecə səhərə yaxın Tbilisinin mərkəzində “Uşaq aləmi” mağazalar şəbəkəsində yanğın baş vermiş bina yenidən alovlanıb.

    Bu barədə "Report" "Rustavi 2" teleşirkətinə istinadən xəbər verir.

    Alov yenidən Ticarət Mərkəzinin daxilində baş verib. “Uşaq aləmi”nin ətrafı hasara alınıb. Yanğın səhərə yaxın “Uşaq aləmi”nin ərazisinə və "Qızıl birja" qızıl məmulatları pavilyonuna yayılıb. Ticarət Mərkəzinin binası və pavilyon tamamilə yanıb. Tibilisidə 26 yanğınsöndürən briqada alovun qarşısını 6 saat ərzində alıb.

    Dəymiş ziyanın məbləği hələlik məlum deyil. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi