​Tbilisidə Azərbaycan əleyhinə tədbirin qarşısı alınıb

​Tbilisidə Azərbaycan əleyhinə tədbirin qarşısı alınıb Tədbir Azərbaycan nümayəndələri ilə yanaşı, gürcü politoloqları və QHT nümayəndələri tərəfindən etirazla qarşılanıb
Region
2 İyul , 2016 15:52
​Tbilisidə Azərbaycan əleyhinə tədbirin qarşısı alınıb

Tbilisi. 2 iyul. REPORT.AZ/ Gürcüstanda bir qrup qeyri-hökumət təşkilatının (QHT) nümayəndəsi Azərbaycan əleyhinə tədbir keçirməyə cəhd göstəriblər.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, Tbilisidə təşkil olunan tədbirin əvvəlində bir qrup azərbaycanlı QHT təmsilçisi, Norveçdən olan deputatlar və politoloqlar Azərbaycanda insan haqlarının pozulması, insanların ağır sosial-iqtisadi vəziyyətdə yaşamaları barədə böhtan xarakterli çıxışlar edib, Azərbaycanın əldə etdiyi uğurlara kölgə salmağa çalışıblar.

Onların bu çıxışları Azərbaycan nümayəndələri ilə yanaşı, gürcü politoloqları və QHT nümayəndələrinin etirazına səbəb olub. 

Gürcüstanda İnsan Haqlarını Müdafiə Təşkilatının rəhbəri, hüquq müdafiəçisi Levon Çxeidze, Gürcüstan-Qafqaz Strateji Təhqiqatlar İnstitutunun prorektoru Simon Kopadze, "Art-Paralel" televiziya şirkətinin direktoru Tengiz Txivala Azərbaycanın iqtisadi inkişafı, Cənubi Qafqazdakı aparıcı rolundan bəhs ediblər və ölkəmizdə formalaşan orta təbəqənin demokratiyanın göstəricisi olduğunu diqqətə çatdırıblar.

Milli Məclisin ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Kamran Nəbizadə isə Azərbaycanda söz azadlığının yüksək səviyyədə qorunduğunu, müxalifət qəzetlərinə, qeyri-hökumət təşkilatlarına dövlət tərəfindən təmənnasız maliyyə yardımlarının göstərildiyini, qəzetlərin dövlət nəşriyyatına olan borclarının silindiyini konkret faktlarla diqqətə çatdırıb.

Norveçdən olan deputatlar və politoloqlar, eləcə də bəzi azərbaycanlı QHT rəhbərləri bundan sonra tədbiri dayandırıblar.

Son xəbərlər

Orphus sistemi