Tbilisidə AXC-nin elan olunduğu binanın bərpası 2021-ci ildə başa çatdırılacaq

Tbilisidə AXC-nin elan olunduğu binanın bərpası 2021-ci ildə başa çatdırılacaq Gürcüstanın paytaxtı Tbilisi şəhərində Gənclər sarayı binasının bərpasına bu il başlanılacaq və işlər 2021-ci ildə yekunlaşdırılacaq.
Region
4 Aprel , 2019 22:00
Tbilisidə AXC-nin elan olunduğu binanın bərpası 2021-ci ildə başa çatdırılacaq

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Gənclər sarayı binasının bərpasına bu il başlanılacaq və işlər 2021-ci ildə yekunlaşdırılacaq.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Tbilisi merinin müavini Sofio Xuntsaria şəhərdə mədəniyyət istiqamətində həyata keçiriləcək layihələrin təqdimatı zamanı bildirib.

Onun sözlərinə görə, ötən il binada yeni isitmə və soyutma sistemi quraşdırılıb və elektrik xətləri yenilənib: “Tezliklə binanın tam şəkildə bərpa olunması işlərinə start veriləcək. 4 min uşağa xidmət edən sarayın uzun illərdir bərpaya ehtiyacı var idi. Binada vəziyyət acınacaqlıdır. Bərpa işlərinin aparılması üçün bu il 8 min lari ayrılıb. İki ildən sonra biz binanın tarixi hissəsini tam bərpa olunmuş halda görəcəyik”.

Qeyd edək ki, “Gənclər sarayı” kimi fəaliyyət göstərən binada 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) müstəqillik bəyannaməsi oxunaraq Şərqdə ilk demokratik respublikanın yaradıldığı rəsmən elan olunub. Binada AXC-nin elan edildiyi zalın girişində bu barədə Azərbaycan, gürcü və ingilis dillərində məlumatın əks olunduğu lövhə yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi