Tbilisidə AXC-nin 102-ci ildönümü qeyd olunur

Tbilisidə AXC-nin 102-ci ildönümü qeyd olunur Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 102-ci ildönümü qeyd olunur.
Region
28 May , 2020 11:24
Tbilisidə AXC-nin 102-ci ildönümü qeyd olunur
Report
0 : 00
0 : 00

Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 102-ci ildönümü qeyd olunur.

“Report”un yerli bürosu xəbər verir ki, ilk öncə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirlik əməkdaşları, “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov, Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) üzvləri və digər şəxslər Heydər Əliyev adına Parkda ümummilli liderin büstünü ziyarət edərək önünə gül dəstələri qoyublar.

Tbilisinin Botanika bağındakı görkəmli azərbaycanlıların panteonu da ziyarət olunub, AXC-nin qurucularından olan Fətəli xan Xoyski və Həsən bəy Ağayevin məzarları üzərinə gül qoyulub.

Respublika Gününə həsr olunan tədbirlər çərçivəsində səfirlik binasının qarşısında quraşdırılmış xüsusi elektron lövhədə Azərbaycana həsr olunan videoçarx təqdim olunub. AXC-nin tarixi və müasir Azərbaycan mövzusuna aid 15 dəqiqəlik videoçarx gün ərzində nümayiş etdirilib. 

Səfirlikdə davam etdirilən tədbirdə Azərbaycanın himni səsləndirilib. Tədbir iştirakçıları “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) 28 May- Respublika Günü münasibətilə hazırladığı videoçarxa baxıblar.

Azərbaycanın Gürcüstandakı səfiri D.Həsənov çıxış edərək qonaqları bayram münasibətilə təbrik edib. O deyib ki, hər il səfirlik Tbilisidə Respublika Gününü təntənəli və geniş şəkildə qeyd edib: “Lakin builki pandemiya səbəbindən bu günə həsr olunan mərasimlər fərqli formatda təşkil olundu”.

Səfir qeyd edib ki, bu gün axşam saatlarında Tbilisi televiziya qülləsi ilə yanaşı “Sülh körpüsü” də Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq.

Bundan başqa, səfirliyin dəstəyi ilə Gürcüstanın bir sıra aparıcı onlayn media resurslarında Repsublika Gününə həsr olunan gürcü və rus dillərində məqalələr dərc olunub. 

Son xəbərlər

Orphus sistemi