Tbilisidə antiterror əməliyyatı başa çatıb, terrorçular zərərsizləşdirilib - VİDEO - YENİLƏNİB-3

Tbilisidə antiterror əməliyyatı başa çatıb, terrorçular zərərsizləşdirilib - VİDEO - YENİLƏNİB-3 Əməliyyat zamanı bir terrorçu məhv edilib
Region
22 Noyabr , 2017 17:22
Tbilisidə antiterror əməliyyatı başa çatıb, terrorçular zərərsizləşdirilib - VİDEO - YENİLƏNİB-3
Report

Tbilisi. 22 noyabr. REPORT.AZ/ Tbilisidə keçirilən antiterror əməliyyatı başa çatıb. 

"Report"un Gürcüstan bürosu xəbər verir ki, terrorçular zərərsizləşdirilib. 

Hazırda binada və ətraf ərazilərdə ehtiyat tədbirləri və araşdırma aparılır. Terrorçuların sayı və yaralılar barədə dəqiq məlumat verilmir. Amma xüsusi təyinatlılar arasında 5 nəfərdən çox yaralı olduğu bildirilir.


*** 16:11

Tbilisidə keçirilən antiterror əməliyyatları zaman daha bir xüsusi təyinatlı yaralanıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, binada gizlənən terrorçularla xüsusi təyinatlılar arasında baş verən atışma zamanı yaralanan xüsusi təyinatlı təcili xəstəxanaya çatdırılıb.

Hadisə şahidlərinin sözlərinə görə, terrorçuların atəş nöqtələrindən birinə qumbaraatanla atəş açılıb. İlkin məlumatlara gorə, bir terrorçu məhv edilib.


*** 12:51

Tbilisi. 22 noyabr. REPORT.AZ/ Tbilisidə keçirilən antiterror əməliyyatı zamanı təhlükəsizlik qüvvələrinə silahlı müqavimət göstərməkdə şübbhəli bilinən bir nəfər saxlanılıb.

"Report"un Gürcüstan burosu xəbər verir ki, onun kimliyi və hansı ölkə vətəndaşı olduğu açıqlanmayıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı rəsmi məlumata görə, saxlanılan terrorçu xarici ölkə vətəndaşıdır: 

"O, Gürcüstan vətəndaşı deyil. Həmin şəxs xarici terrorçu qruplaşmanın üzvüdür", - məlumatda vurğulanıb.  

Əməliyyat davam edir. 


*** 11:20

Gürcüstan paytaxtı Tbilisinin İsani-Samqori rayonunda ötən gecə saatlarından başlayan antiterror əməliyyatı davam edir.

"Report"un Gürcüstan burosu xəbər verir ki, səhər saat 10 radələrində təhlükəsizlik qüvvələri ilə terrorçular arasında şiddətli atışma olub. 

Nəticədə bir xüsusi təyinatlı yaralanıb. O, təcili xəstəxanaya çatdırılıb.

Hazırda hadisə yerinə zirehli texnika gətirilir.

Ölən və yaralananlar barədə əlavə məlumat verilmir. Əvvəlcə doqquzmərtəbəli binada iki terrorçunun olması barədə xəbər yayılsa da, hadisə yerindən atəş nöqtələrinin çoxluğu səbəbindən indi onların sayının çox olduğu güman olunur. Onlar təhlükəsizlik qüvvələrinin təslim olmaq barədə tələbini yerinə yetirməkdən imtina ediblər. 

Polis terrorçuların zərərsizləşdirilməsi əməliyyatını mərhələli şəkildə həyata keçirir. Hadisə şahidləri və ərazidəki polis əməkdaşları "Report"un yerli bürosuna bildiriblər ki, xüsusi təyinatlılar terrorçuların 9 mərtəbəli binanı partladacığından ehtiyat edir. Odur ki, əməliyyat mərhələli şəkildə davam edir.

Son xəbərlər

Orphus sistemi